Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısıdır

0

  •         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil & Cas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib. Tədbirdə çıxış edən dövlət başçımız qeyd etdi ki, 1994-cü ildə Bakıda ilk neft –qaz sərgisi keçirildi. Ondan sonra “Əsrin müqaviləsi" imzalandı. Bununla Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində reallaşan neft strategiyası Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsi olaraq siyasi müstəqillik gətirdi.    
    1994-cü ildə təşkil edilən tədbir Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Bu gün isə Azərbaycan artıq beynəlxalq enerji təhlükəsizliyinin mərkəzinə çevrilmişdir. 30 il ərzində enerji sahəsində əldə olunan nailiyyətlər əsas verir deyək ki, Azərbaycanda nəhəng enerji strukturu yaradılmışdır. Nəticədə Avrasiyanın enerji xəritəsi dəyişib. Azərbaycan etibarlı tərəfdaş ölkəyə çevrilib.     Cənab Prezident bildirdi ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ prezidenti Co Baydenin və Böyük Britaniyanın Baş naziri Sunakın bu tədbirə öz məktublarını ünvanlamaqları onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir.   30 ildir ki, Azərbaycan enerji sahəsində uğurlu əməkdaşlıq edir. Tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, qaz infrastrukturu inşa etdik.    “Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir”- deyən dövlət başçımız qeyd etdi ki, Avropa İttifaqı liderlərinin Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırmaları fəxr ediləcək bir faktdır.   
    Bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. İyul ayında Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıracağıq. Artıq Bolqarıstana da qaz nəql edəcəyik. Bolqarıstan vasitəsi ilə digər ölkələrə də qazın nəqli imkanları nəzərdən keçirilir. İlin sonuna qədər Macarıstana, Serbiyaya qaz nəql ediləcək. Beləliklə qaz ixracımızın coğrafiyası genişlənəcəkdir ki, bu da Azərbaycanın daha da qüdrətlənməsinə və inkişaf etməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Yaşasın Azərbaycan! Var olsun Ali Baş Komandanımız!
    Zülfü Quliyev,
    Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib71 dəfə
    azərbaycan etibarlı tərəfdaş ümumavropa qaz təchizatçısıdır

    Maraqlı gələ bilər
    66
    64